Mən Fəda Ərzimanlı, yaşım var. Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin Kompüter Mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıram. Artıq 2 il-ə yaxındır ki, mütəmadi olaraq veb texnologiyaları ilə maraqlanır və veb saytların hazırlanması ilə məşğul oluram. Eyni zamanda, modern texnologiyalara dayanan yeni layihələr üzərində çalışıram. Davamlı olaraq özünü inkişaf etdirən, yeniliklərə açıq və öyrənməyə maraqlı biriyəm.
CV YÜKLƏYİNMüştərinin istəyinə və hər ekran ölçüsünə uyğun veb saytların dizayn edilməsi.
Veb sayt və CMS-lərin(Məzmun İdarəetmə Sistemi) tam funksional şəkildə hazırlanması.
Saytda texniki qüsurların aradan qaldırılması. Yeni funksiya və səhifələrin əlavə edilməsi və s.
İstifadəçilərin veb saytlardan maksimum dərəcədə rahat istifadəsini təmin etmək.
Saytların axtarış sistemlərində optimizasiyası.
Müştərilərlə səmimi münasibət və dostcasına xidmət
Hayatın hər zaman və hər anında öyrədici bir missiyası vardır. Çox vaxt öyrəndiklərimizi ilərləyən zamanlarda unuduruq və xatırlaya bilmirik ya da öyrəndiklərimizi başqaları ilə də paylaşmaq istəyirik ki, elə bu vaxt köməyə şəxsi bloqlar gəlir.
< HƏYATI KODLAYIN /> Vəssalam!!! Yaxşı, bunun mənası nədir? Cavab yenə çox sadədir. Proqramlaşdırma ilə...
Ətraflı ➜ Mr. Arzimanli
Dekabr 03, 2018
Salamlar. Mən Fəda Ərzimanlı. Kompüter mühəndisliyi üzrə bakalavr təhsili alıram. Özüm haqqında bu qədər :) ...
Ətraflı ➜ Mr. Arzimanli
Dekabr 02, 2018
Olmayan bir şeyləri xəyal etməyə çalış. Zatən yaradıcılıq bir işi hər kəsdən fərqli yollarla görəbilmək və yeni fikirlər irəli sürə bilməkdir. Hər kəsin gördüyünü eyni görüb, lakin onun haqqında fərqli düşünməyi bacarmalısan. Məhz bu halda uğurlu başlanğıc səninlə olacaq.
Daima yeni ideya axtarışında olarsam yaradıcı ideyanı daha tez taparam deyə fikirləşmə. Çünki mənə görə belə bir anlayış yoxdu. Əgər doğrudan da, öz ideyanı tapmaq istəyirsənsə məsələyə elə fomada yanaşmalısan ki, sən ideyanı deyil, ideya səni tapsın.
Doğru ideya seçdiyini nəzərə alsaq, artıq işin yarısını arxada qoymusan deyə bilərik. İndi isə növbə dizayn etməkdədi. "Axı necə dizayn edəcəm ?" -deyə fikirləşmə. Bu tam olaraq sənin öz əlindədi. Yaradıcı ol, özünə güvən və xəyal gücünün məhsulunu ortaya çıxar.
Düşünürəm ki, işin ən əyləncəli qisminə çatmışıq. Gözləmədiyin bütün hadəsilər məhz burda baş verəcək. Necə yəni ? Bu bir az sirr olaraq qalsın. Artıq burdasansa, ümid edirəm ki, nə demək istədiyimi çox yaxşı başa düşürsən. Eləysə, başladığımız işi sona çatdıraq.
Fəda Ərzimanlı ilə tanışlığımız droneolympiad.org web səhifəsinin yığılması üçün verdiyimiz elana müraciəti ilə olub. Sifarişi verdiyimiz andan etibarən bütün tələb və təkliflərimizi professionallıqla qəbul etmiş və yerinə yetirmişdir. Proyekt ərzində verilən son tarixləri böyük ciddiyətlə izləmiş və heç bir gecikdirmə etməmişdir. Sadəcə tələb olunanla yetinməməsi öz kreativliyi və kontent dizayn bacarığını qatması səhifəni daha professional və diqqətçəkici etmişdir. Fəda Ərzimanlı gənc yaşına rəğmən göstərdiyi professional davranış və performansı ilə diqqətimi çəkmişdir.
Rəhman Rəsulzadə
AREA-nın Qurucusu
Mən Fəda ilə 3 ay müddətində birlikdəDünya Dron Olimpiadasınınweb səhifəsisini dizayn edərkən işləmişəm. Həm komanda yoldaşı olaraq, həm də Front - End Developer olaraq tam bir professionallıq nümunəsi göstərdi. Onun kreativliyi, çalışqanlığı və səbri proyektin qısa müddətdə, uğurlu şəkildə bitməsilə nəticələndi. Proyektdə göstərdiyi professionallıq onun qazandığı təcrübənin məhsuludur.
Emin Bayramov
Qrafik Dizayner
Sətr Kod
Bütün Gecə
Fincan Kofe
Sərf Olunan Saat
İstənilən vaxt sosial media hesablarından, mail üzərindən və ya birbaşa zəng edərək mənimlə əlaqə saxlaya bilərsiniz.